Tez-tez verilən suallar
Bağlamalar Bakı ofisində 30 gün müddətində pulsuz saxlanıla bilər. 30 gün sonra isə hər əlavə gün üçün hər bağlamanın çatdırılma haqqına 1 AZN əlavə edilir.
Siz özünüz birbaşa mağazadan və ya bizim “Sifariş et” xidmətimizdən istifadə edərək sifariş edə bilərsiniz.
1."Sifariş et" bölməsinə daxil olaraq seçdiyiniz məhsulun linkini, ölçüsünü, rəngini və məbləğini daxil edib ödənişi tamamladıqdan sonra sifarişiniz qeydə alınır. " Sifariş et" xidməti zamanı 3% komissiya haqqı hesablanılır və Azərbaycana çatdırılma haqqı bu məbləğə daxil deyil.
2. Əgər siz öz kartınızla məhsul sifariş etmək istəyirsinizsə, ilk olaraq saytımızdan "qeydiyyatdan" keçməlisiniz. Sifariş zamanı mağazanın sizdən tələb etdiyi ünvan hissəsinə, xaricdəki ünvanımızı qeyd edirsiniz. Ətraflı məlumatı “Xaricdəki ünvanlarım" bölməsindən əldə edə bilərsiniz. Sonra isə xarici saytlarda keçərli olan bank kartı vasitəsilə ödənişi edərək, sifarişi tamamlayırsınız. Son olaraq, saytımızdakı şəxsi hesabınıza daxil olaraq aldığınız məhsula uyğun bəyannamə yaradırsınız.
• "Sifariş et” xidmətimizdən istifadə zamanı "Sifariş verildi" statusunda olan sifarişlərdə hər hansı bir dəyişiklik (ölçü, rəng və s. dəyişimi) edilmir.
Gecikmələrin yaşanmaması və bağlamaların sistemdə düzgün qeyd edilməsi üçün müştərinin “Şəxsi kabinet”-ə daxil olaraq sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməsi mütləqdir. Sifariş haqqında məlumat bağlama xarici anbara ÇATDIRILMAMIŞDAN əvvəl qeyd olunmalıdır. Bəyənnamədə bağlamanın izləmə nömrəsi (“Sifarişin nömrəsi” bölməsinə bu nömrələrdən birini yazmaq olar: “Sipariş numarası”, “Teslimat numarası”, “Gönderi numarası”, “Kargo takip numarası”), mağaza adı, məhsulun tipi qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoys sənədi (fatura) və ya məhsulun təsviri əlavə edilməlidir.
• Pullar və poçt ödənişi nişanlarının buraxılmasına aid olan avadanlıqlar;
• Bitki və toxumalar;
• Canlı heyvanlar;
• Tezalışan maddələr;
• Dərmanlar;
• Toksikoloji və zəhərli maddələr;
• İnfeksion və bioloji maddələr;
• Kimyəvi reaktivlər, turşular və civə;
• Pornoqrafiya məhsulları;
• Tez xarab olan qida məhsulları;
• Dövlət əhəmiyyətli sənədlər;
• Öz qablaşdırılmasına və ya xüsusiyyətlərinə görə işçilər üçün təhlükə yaradan, digər məhsulların zədələnməsinə, çirklənməsinə səbəb olan göndərişlər;
• Sikkələr, yol çekləri və banknotlar;
• Spirtli içkilər və tütün məhsulları;
• Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar;
• Müxtəlif növ batareyalar, powerbank-lar.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər. Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır. Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.
Xahiş edirik, sifariş verərkən diqqətli olun!